Bakının Nəsimi rayonunda bıçaqlanma baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində yerləşən “Yeganə” şadlıq sarayının qarşısında 1991-ci il təvəllüdlü Elçin İsmayılov tanımadığı şəxslə mübahisə edib.

Mübahisə zamanı həmin şəxs Elçin İsmayılova bir neçə bıçaq xəsarəti yetirib və hadisə yerindən qaçıb.

Ağır xəsarət alan Elçin İsmayılov xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Elçin İsmayılovun vəziyyətinin ağır olduğu bildirilir, onu hələlik dindirmək mümkün olmayıb. Bu səbəbdən yaralını kimin və hansı səbəbdən bıçaqladığı məlum deyil.

Polis müvafiq əməliyyat-axtarış işini davam etdirir.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.