Goranboy rayonunda meşədə bədbəxt hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Xoylu və Qaradağlı kəndlərində ova çıxan Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Vüqar Məmmədov ov tüfəngindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb.
Ona tibbi yardım göstərilib.
İlkin məlumata görə, Vüqar Məmmədov silahla ehtiyatsız davranaraq, xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.