Daxili işlər orqanlarının əməliyyatı nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında Cəlilabad rayonunun Şiləvəngə kəndi ərazisində əlində idman çantası olan şəxsi saxlayıb.
Onun İran İslam Respublikasının vətəndaşı Fərəməz Musapur olduğu müəyyən edilib.
Əlindəki çantaya baxış zamanı oradan 9 bağlamada, ümumi çəkisi 22 kiloqramdan artıq tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.