Bakıda dələzuluqda təqsirləndirilən Məlahət Tağıyeva cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Məlahət Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tədbiq edilib və ona şərti cəza verilib.

Qeyd edək ki, həmin şəxs vətəndaşların etibarından sui-istifadə edərək külli kiqdarda dələduzluq edib. Məhkəmə dövründə zərərçəkənlərə dəymiş ziyan tam ödənilib.