Bakıda ölümlə nəticələnmiş yol qəzası törətməkdə təqsirləndirilən Əli Abdullayev və Qərib Eyvazlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Qərib Eyvazlı 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Əli Abdullayevin əməli sübuta yetirilməyib və ona bəraət verilib.
Qeyd edək ki, prokuror Qərib Eyvazlı və Əli Abdullayevin hər birinə 8 il cəza istəmişdi.
Binəqədi-Mehdiabad yolunda Bakı şəhər sakini Əli Abdullayevin idarə etdiyi “Range Rover” markalı avtomobil Qərib Eyvazlının sürdüyü “VAZ-21015” markalı maşınla toqquşub.
Nəticədə “VAZ-21015” markalı avtomobildə olan Ramiz Muradov və Elgün Məmmədov aldıqları xəsarətdən ölüblər.