Bakının Binəqədi rayonunda oğurluq və soyğunçuluqda şübhəli bilinən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Mayis Əhmədovun evindən 650 manat pul və qızıl əşyalar oğurlanması barədə Binəqədi rayon Polis İdarəsi 7-ci polis bölməsinə məlumat daxil olub.

Keçirilən əməliyyat nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Taleh Mehrabov tutulub.

Araşdırma zamanı məlum olub ki, o, Mayıs Əhmədovun evinə basqın edib, ev sahibinin həyat yoldaşı Şahpəriyə zor tətbiq edərək pul və qızıl əşyaları alıb.

Əvvəlcə Taleh Mehrabovun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. Lakin istintaq araşdırmaları zamanı cinayəti oğurluq yox, soyğunçuluq yolu ilə törədildiyi məlum olub. Əvvəlki maddə Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsinə tövsif edilib.

Faktla bağlı istintaq hərəkətləri başlayıb.