ŞUŞA, 6 iyul. TELEQRAF
Bu gün Rusiyanın əyalətlərində yerli xalqlar zorla hərbi xidmətə çağırılır və cəbhəyə göndərilir.
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Dünya Çərkəz Agentliyi Hərəkatının təmsilçisi İbrahim Yaqanov “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” adlı beynəlxalq konfransın iştirakçılarına videomüraciətində deyib.
İbrahim Yaqanov bildirib ki, Rusiyanın regionlarında, xüsusilə kiçik xalqların nümayəndələri zorla hərbi xidmətə çağırılır və cəbhəyə göndərilir:
“Çərkəzlər də bu prosesdən kənarda qalmayıb və artıq çox sayda çərkəz Ukrayna müharibəsində həlak olub”.
İ.Yaqanov qeyd edib ki, hüquq-mühafizə orqanları gecə reydləri keçirərək gəncləri saxlayır və onları ya həbsxana, ya da müharibəyə getmək seçimi qarşısında qoyur:
“İmtina edənlər işgəncələrə məruz qalır və nəticədə bir çoxu müqavilə imzalamağa məcbur edilir”.