BAKI, 26 iyun. TELEQRAF

Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dunkan Norman Silahlı Qüvvələr Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib.

Teleqraf xəbər verir ki, bu barədə diplomat sosial media hesabında paylaşım edib.

O, Azərbaycanın müdafiəsi uğrunda canından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad etdiyini bildirib:

“Böyük Britaniya Azərbaycanla müdafiə sahəsində inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirir və iki ölkə arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsinə sadiqdir”.