BAKI, 8 iyun. TELEQRAF

Zəngəzur dəhlizinin mühüm bir hissəsi olan "Qars-Iğdır-Aralık-Dilucu" dəmir yolu xətti layihəsinin icrasına dair fikir mübadiləsi aparılıb və Türkiyə ərazisində reallaşdırılan bu mühüm infrastruktur layihəsinin gedişatı böyük məmnunluqla qeyd edilib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair keçirilən birgə mətbuat konfransında deyib.

Nazir vurğulayıb ki, görüş çərçivəsində Zəngəzur dəhlizinin mühüm bir hissəsi hesab edilən TRIPP layihəsinin icrasına dair ətraflı fikir mübadiləsi aparılıb:

"Türkiyə ərazisində icra olunan Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin çəkilişi böyük məmnunluqla qeyd edilib".