BAKI, 8 iyun. TELEQRAF
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Tbilisidə keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.
O, azərbaycanlı və türkiyəli həmkarlarını Gürcüstanda məmnuniyyətlə gözlədiklərini bildirib.