BAKI, 8 iyun. TELEQRAF
Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması ilə pozitiv dinamikanın təmin edilməsini istəyirik.
Teleqraf xəbər verir ki, bu fikirləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.
"Eyni zamanda Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasının önəmli olduğunu düşünürük", - deyə qeyd edib.