BAKI, 8 iyun. TELEQRAF

Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi davam edir.

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.

“Azərbaycanla koordinasiyalı şəkildə qonşumuz Ermənistanla münasibətlərimiz addım-addım irəli aparılır”, - o qeyd edib.