BAKI, 8 iyun. TELEQRAF
Türkiyə xarici işlər naziri Hakan Fidan azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Teleqraf xəbər verir ki, bu sözləri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.
H. Fidan Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu fonunda yaranan vəziyyəti narahatlıqla izlədiklərini bildirib və azərbaycanlı həmkarı Ceyhun Bayramova başsağlığı verib.
Qeyd edək ki, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində "Natra" və "Zirkon" yük gəmilərində olan 25 nəfər Azərbaycan vətəndaşından 4 nəfər yaralanıb, 4 nəfər isə həlak olub.