BAKI, 3 iyun. TELEQRAF
"Hindistanda etnik azlıqlara qarşı repressiyalar beynəlxalq hüquq müstəvisində araşdırılmalıdır".
Teleqraf xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, son beş ay ərzində BTQ tərəfdaş təşkilatlarla birlikdə Hindistanda etnik və dini azlıqların hüquqlarının vəziyyəti, ayrı-seçkilik halları, insan hüquqlarının müdafiəsi və beynəlxalq təşkilatların bu sahədə rolu ilə bağlı iki beynəlxalq konfrans təşkil edib.
Abbas Abbasov qeyd edib ki, əməkdaşlıq çərçivəsində hazırlanan hesabat BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasına təqdim olunub:
“Beynəlxalq tərəfdaşlarla birgə fəaliyyət etnik azlıqların hüquqlarının və fundamental insan haqlarının müdafiəsinə töhfə verəcək”.