BAKI, 28 may. TELEQRAF
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.
"Etibarlı dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik! Biz Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyi, həmrəyliyi və humanitar yardımı yüksək qiymətləndiririk. İkitərəfli münasibətlərimizin və bütün sahələrdə əməkdaşlığımızın çox müsbət dinamikasını davam etdirməyi səbirsizliklə gözləyirik. Müstəqillik Gününüz Mübarək!" - təbrikdə bildirilib.