BAKI, 28 may. TELEQRAF
Estoniya və Latviya Xarici İşlər Nazirlikləri (XİN) Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik ediblər.
Teleqraf xəbər verir ki, bu barədə hər iki ölkənin nazirliyinin "X" sosial şəbəkəsindəki rəsmi hesablarında paylaşımlar edilib.
Latviya XİN-in təbrikində deyilir: "Müstəqillik Günü münasibətilə Azərbaycana səmimi təbriklərimizi çatdırır, firavanlıq və rifah arzulayırıq!"
Estoniya isə təbrik mesajında bu ifadələrə yer verib: "Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Sülh, firavanlıq və davamlı uğurlar arzulayırıq. Müstəqillik Gününüz mübarək!"