BAKI, 27 may. TELEQRAF

Kremlin sözçüsü Dmitri Peskov Qazaxıstanı Rusiyanın ən yaxın müttəfiqlərindən biri adlandırıb.

Teleqraf Rusiya mediasına istinadla xəbər verir ki, Peskov Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstana ikinci dövlət səfərinin Moskva ilə Astana arasında münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisi olduğunu bildirib.

“Bu, unikal hal deyil, əvvəllər də olub. Amma çox nadir baş verir. Rusiya ilə Qazaxıstan arasında münasibətlər hərtərəfli, məzmun baxımından zəngin və qarşılıqlı faydalıdır".

Kremlin sözçüsü vurğulayıb ki, Qazaxıstan Rusiyanın ən yaxın tərəfdaş və müttəfiqlərindən biridir.