BAKI, 21 may. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə keçirilən çoxmillətli hərbi təlimləri izləyib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İzmirdə yerləşən Doğanbəy poliqonunda “Efes-2026” təliminin Seçilmiş Müşahidəçi Günü tədbirləri keçirilib”, - məlumatda bildirilib.

Təlimləri izləyənlər arasında Türkiyənin hərbi komandanlığı və digər iştirakçı ölkələrin hərbi rəsmiləri ilə yanaşı, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov da olub.

“Efes-2026” təlimində 50 ölkədən 10 mindən çox hərbi personal iştirak edir.