BAKI, 31 mart. TELEQRAF
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Slovakiyanın Azərbaycandakı səfirliyi sosial media hesabında paylaşım edib.
Teleqraf xəbər verir ki, paylaşımda deyilir:
"Bu gün, 31 mart tarixində biz 1918-ci ildə Azərbaycanda baş vermiş faciəvi hadisələrin qurbanlarını anırıq. Onların xatirəsini yad etmək bizə barışıq, qarşılıqlı hörmət və regionda davamlı sülhün vacibliyini xatırladır”.