BAKI, 12 mart. TELEQRAF

"Biz müharibə şəraitində olan ölkələr üçün təcrübəmizi bölüşə bilərik. Azərbaycan Ermənistanla sülhə vasitəçilərin olmamasında israr etdikdən sonra nail oldu".

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.

"Minsk qrupunun 28 il davam edən vasitəçiliyi faktiki olaraq iflasa uğradı. Həmsədrlərin məqsədi münaqişəni həll etmək yox, onu dondurmaq və hər iki ölkəyə təzyiq vasitəsi kimi istifadə etmək idi. Buna görə də biz bu vasitəçilikdən imtina etdik. İkitərəfli danışıqlara başlayan kimi sülhə nail olduq", - dövlət başçısı qeyd edib.