BAKI, 6 mart. TELEQRAF
"Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki Baş konsulluğun təxliyəsi barədə tapşırıqlar verilib".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda moldovalı həmkarı Mixay Popşoi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki Baş Konsulluğunun təxliyə edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Biz vətəndaşlarımızın həyatını təhlükəyə ata bilmərik”,- o qeyd edib.