BAKI, 6 mart. TELEQRAF

NATO Kevin Hamiltonu Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə təyin edib.

Teleqraf hərbi bloka istinadla xəbər verir ki, o, həmçinin NATO Baş katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti Bölməsində tərəfdaşlıq məsələləri üzrə köməkçisinin müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, K.Hamilton 2023-cü ildən 2026-cı ilə qədər Kanadanın Türkiyə, eyni zamanda Azərbaycan və Gürcüstandakı səfiri vəzifəsini icra edib.