BAKI, 1 mart. TELEQRAF

Rusiyanın Azərbaycandakı səfirliyi İranı tərk edərək Astara keçid məntəqəsi vasitəsilə ölkəsinə qayıdan vətəndaşlarına göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin yaydığı məlumatda deyilir.

Məlumata görə, səfirlik hazırda İrandan Azərbaycan ərazisi vasitəsilə tranzit keçməklə ölkələrinə qayıdan Rusiya vətəndaşlarına lazımi köməklik göstərir.

Diplomatik missiya sərhədi keçmək üçün icazələrin verilməsi məsələsinin operativ şəkildə həllində göstərilən vasitəçiliyə və dəstəyə görə Azərbaycanın aidiyyəti qurumlarına xüsusi təşəkkürünü ifadə edib.

Qeyd olunub ki, hazırda Azərbaycan üzərindən keçməklə ölkəni tərk etmək istəyən Rusiya vətəndaşlarının siyahısında 500-ə yaxın şəxsin adı var.