BAKI, 20 yanvar. TELEQRAF
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlu 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı sosial şəbəkəsində paylaşım edib.
Teleqraf xəbər verir ki, paylaşımda deyilir:
“20 Yanvar Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsində tarixə həkk olunmuş bir gündür.
1990-cı il yanvarın 20-də həlak olan günahsız insanlar müstəqillik uğrunda canlarını fəda edərək xalqın yaddaşında əbədi yer tutublar.
Bu tarix eyni zamanda zülmə boyun əyməyən müqavimətin, milli oyanışın və müstəqilliyə aparan yolun rəmzidir.
Şəhidlərimizi dərin hörmət, ehtiram və minnətdarlıqla anırıq”.
20 Ocak, Azerbaycan halkının özgürlük ve bağımsızlık mücadelesinde tarihe kazınmış bir gündür.
— Prof.Dr.Kürşad ZORLU (@zorlu77) January 20, 2026
1990 yılının 20 Ocak’ında hayatını kaybeden masum insanlar, bağımsızlık uğruna canlarını feda ederek milletin hafızasında ebedi yerlerini almıştır.
Bu tarih, aynı zamanda baskıya… pic.twitter.com/hMxED5LL8o