BAKI, 26 dekabr. TELEQRAF
"Bir müddət əvvəl Suriyada baş verən hadisələrdən sonra Azərbaycanla münasibətlərdə böyük irəliləyiş qeydə alınıb".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Azərbaycan tərəfi keçmiş Suriya Prezidenti Bəşər Əsədin hökuməti ilə heç bir əlaqəyə malik olmayıb, çünki Dəməşq əvvəllər Azərbaycana qarşı qeyri-dost addımlar atıb. Lakin 13 ildən sonra əlaqələr yenidən bərpa olunub, Prezidentin tapşırığı ilə Suriyaya humanitar yardım göndərilib və hazırda iki ölkə arasındakı münasibətlər inkişaf edir”, - o qeyd edib.