BAKI, 9 dekabr. TELEQRAF
Türkiyə xarici işlər nazirinin müavini Musa Kulaklıkaya Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə iki qardaş ölkə arasındakı münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.