BAKI, 27 sentyabr. TELEQRAF
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlu sosial media hesabında 27 sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, paylaşımda deyilir:
“27 Sentyabr – Qarabağ şəhidlərini anım günü.
27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etmək üçün böyük mübarizə aparıb və bu yolda qəhrəman övladlarımız şəhid olub.
Hər il 27 sentyabr Qarabağ uğrunda canını fəda edən qəhrəman şəhidlərimizi anım günü kimi qeyd olunur. Vətən uğrunda şəhid olan igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
27 Sentyabr – Qarabağ şəhidlərinin anım günündə bütün şəhidlərimizi rəhmət, minnət və dərin ehtiramla yad edirik”.