BAKI, 18 sentyabr. TELEQRAF
Azərbaycanlı qardaşlarımızın 20 Sentyabr Suverenlik Günü mübarək olsun.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri beynəlxalq missiyalar və ikitərəfli münasibətlər çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə regional və qlobal təhlükəsizlik və sabitliyə mühüm töhfələr verməkdə davam edir:
"Bu münasibətlə Azərbaycan türkü qardaşlarımızın 20 Sentyabr Suverenlik Gününü ürəkdən təbrik edir, "iki dövlət, bir millət" anlayışı ilə birlik və həmrəyliyimizin daim davam edəcəyini bir daha vurğulayırıq".
Qeyd edək ki, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günüdür.