BAKI, 12 sentyabr. TELEQRAF
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini və qurumun Türk Dövlətləri ilə əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Azərbaycanın Naxçıvan Muxtar Respublikasına səfər edəcək.
Teleqraf xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
"Bu gün Naxçıvan-İğdır xəttində ilk dayanacağımız türk dünyasının strateji mərkəzlərindən biri – "Türk qapısı" Naxçıvan olacaq. Qarşıdakı dövrdə Azərbaycan-Türkiyə qardaşlığının bölgəmizdə formalaşdıracağı sülh və rifah mühiti məhz Naxçıvan xəttindən yüksələcək",- Zorlu vurğulayıb.