BAKI, 19 avqust. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian arasında keçirilən geniştərkibli görüşdən sonra tərəflər arasında bir sıra sənədlər imzalanıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Görüş başa çatdıqdan sonra Ermənistan Respublikasının Prezident sarayında Nikol Paşinyan və Məsud Pezeşkian arasında birgə bəyanat imzalanıb.
Ermənistan və İran Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb.
Ermənistan İqtisadiyyat Nazirliyi və İran Milli Standartlar Təşkilatı arasında standartlaşdırma, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi, metrologiya və texniki tənzimləmə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalanıb.
Ermənistanın İqtisadiyyat Nazirliyi ilə İranın Mədəni İrs və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə İranın Əməkdaşlıq, Əmək və Sosial Rifah Nazirliyi arasında 2025-2029-cu illər üçün peşə təhsili və təlimi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Ermənistanın Şəhərsalma Komitəsi ilə İranın Yollar və Şəhərsalma Nazirliyi arasında şəhərsalma və tikinti sahələrində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Ermənistan Səhiyyə Nazirliyinin Dərman və Tibbi Texnologiyalar Ekspertizası Mərkəzi ilə İranın Səhiyyə və Tibbi Təhsil Nazirliyinin Qida və Dərman İdarəsi arasında tibbi məhsulların tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Ermənistan Milli Arxiv İdarəsi ilə İran Milli Kitabxanası və Arxiv Təşkilatı arasında anlaşma memorandumu imzalanıb.
Ermənistan Milli Kitabxanası ilə İran Milli Kitabxanası və Arxivləri arasında anlaşma memorandumu imzalanıb.
Ermənistanın Tarix Muzeyi ilə İran Milli Muzeyi arasında anlaşma memorandumu imzalanıb.
Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Erməni Film Fondu ilə İran Mədəniyyət və İslami İrşad Nazirliyinin Kino Məsələləri Təşkilatı arasında film mübadiləsi və əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
***
13:23
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə İran Prezidenti Məsud Pezeşkian arasında geniş tərkibdə görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
***
12:04
Ermənistan Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian arasında təkbətək görüş olub.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Danışıqlar təxminən bir saat yarım davam edib.
***
10:36
İrəvanda İran Prezidenti Məsud Pezeşkianın Ermənistan Baş naziri Paşinyanla görüşü başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Məsud Pezeşkian ötən gün Ermənistana iki günlük rəsmi səfərə gedib.