BAKI, 15 avqust. TELEQRAF

ABŞ Prezident Donald Trampın avqustun 8-də imzaladığı "Azadlığa Dəstək Aktı"nın 907-ci maddəsinin dayandırılmasına dair sərəncamı yayımlanıb.

Teleqraf xəbər verir ki, bu barədə sənəd ABŞ Federal Hökumətinin rəsmi jurnalı olan Federal Reyestrdə dərc olunub.

Qeyd edək ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə rəsmi Bakının Ermənistana guya "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək Azərbaycana ABŞ-dən dövlət yardımının göstərilməsinə qadağa qoyan qanunu qəbul edib.

Sonrakı dövrlərdə ABŞ prezidentləri 907-ci düzəlişin icrasını müvvəqqəti dayandırsa da, Bayden-Blinken administrasiyası bu qərarı yenidən bərpa ediblər.