BAKI, 11 avqust. TELEQRAF
Kanada Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunan razılaşmaya münasibət bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Kanada xarici işlər naziri Anita Anand "X" hesabında paylaşım edib.
"Keçən həftə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev diplomatik danışıqlar nəticəsində sülh razılaşması əldə ediblər. Əldə olunan razılaşma Azərbaycan və Ermənistan arasında qalan məsələlərin həllinə və tam sülhün bərqərar olmasına şərait yaradacaq",- paylaşımda deyilir.