BAKI, 9 avqust. TELEQRAF

Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə razılaşmanı alqışlayır.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Ann Buayon "X" hesabında paylaşım edib.

"Bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyev arasında münasibətlərin normallaşdırılması ilə bağlı razılaşma elan edilib. Fransa hökuməti bu addımı regionda sülh və sabitliyin gücləndirilməsi baxımından müsbət qiymətləndirir və razılaşmanı alqışlayır",- paylaşımda deyilir.