BAKI, 9 avqust. TELEQRAF

“ABŞ-ın “EXIM Bank”ı (İxrac - İdxal Bankı) ilə resurslara aid layihələrlə bağlı müəyyən maliyyə məsələləri müzakirə olunur. İnfrastruktur, nəqliyyat, həmin o resursların nəqli ilə bağlı bir sıra məsələlər və planlar var”.

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.

“Enerji bizim əməkdaşlığımızın əsas məsələlərindən, əsas mətləblərdən biri olacaq”, - dövlət başçısı vurğulayıb.