BAKI, 9 avqust. TELEQRAF

“Ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi, bunun məhz ofisdə mənim iştirakımla baş tutması, əlbəttə ki, çox rəmzi xarakter daşıyır”.

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.

“Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o (ABŞ Prezidenti Donald Tramp – red.), mənim iştirakımla bunu etməyə qərar vermişdir”, - dövlət başçısı əlavə edib.