BAKI, 9 avqust. TELEQRAF

"907-ci düzəlişin ləğv edilməsi tarixi hadisədir".

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Görüş zamanı rəsmi Bakı ilə İrəvan arasında sülh gündəliyi, Zəngəzur dəhlizinin açılması və s. məsələlər müzakirə olunub.

Yekunda üç ölkə liderinin görüşünə dair Birgə Bəyannamə imzalanıb.