BAKI, 9 avqust. TELEQRAF

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyir.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Antoniu Koşta "X" hesabında paylaşım edib.

"Bu gün Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin ilkin imzalanmasını səmimi qəlbdən qarşılayıram. Bu, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın atdığı vacib addımdır və uzunmüddətli, davamlı sülhə yol açır",- paylaşımda deyilir.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Görüş zamanı rəsmi Bakı ilə İrəvan arasında sülh gündəliyi, Zəngəzur dəhlizinin açılması və s. məsələlər müzakirə olunub.

Yekunda üç ölkə liderinin görüşünə dair Birgə Bəyannamə imzalanıb.