BAKI, 9 avqust. TELEQRAF

"Azərbaycan və Ermənistan hər ikisi gözəl ölkələrdir və mən hər ikisinə səfər etmək istəyərəm".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Donald Tramp "Azərbaycanı üstün tutursunuz, ya Ermənistanı" sualını belə cavablandırıb: "Heç birini digərindən üstün tutmuram".