BAKI, 9 avqust. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ lideri Donald Tramp ilə görüşdən fotolar paylaşıb.
Teleqraf xəbər verir ki, fotolar iki dövlət başçısının Oval Ofisdə görüşü zamanı çəkilib.
Qeyd edək ki, Ağ Evdə iki ölkə liderlərinin görüşü olub. Görüşün sonunda sənəd imzalanıb.
Daha sonra Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə birgə mətbuat konfransı keçirilib.