BAKI, 9 avqust. TELEQRAF

"ABŞ şirkətləri Ermənistan və Azərbaycanda infrastrukturun geniş inkişafını planlaşdırır".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu məqsədlə böyük həcmdə maliyyə vəsaiti yatırmağa hazırdırlar.

Tramp qeyd edib ki, bu layihələr regionda iqtisadi əməkdaşlığı və inkişafı gücləndirəcək.