BAKI, 8 avqust. TELEQRAF

Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olub.

Teleqraf xəbər verir ki, görüşdə Bakı və İrəvan arasında sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması, regionda sülhün möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Liderlər daha sonra Ağ Evin Oval Ofisində jurnalistlərin suallarını cavablandıracaqlar.