BAKI, 8 avqust. TELEQRAF

Vaşinqtonda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında görüş başa çatıb.

Teleqraf xəbər verir ki, görüş 25 dəqiqə davam edib.

***
23:24

Vaşinqtonda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampla görüş üçün Ağ Evə gəlib.

Teleqraf xəbər verir ki, Azərbaycan liderini ABŞ Prezidenti qarşılayıb.

Daha sonra İlham Əliyevlə Donald Tramp arasında görüş başlayıb.

Qeyd edək ki, bu gün Ağ evdə D.Tampla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Daha sonra isə ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçiriləcək. Görüşdə Bakı və İrəvan arasında sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması, regionda sülhün möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq, sənədlər imzalanacaq.