BAKI, 30 iyul. TELEQRAF

Belçika Krallığının Azərbaycandakı səfirinin müavini və konsul Tinneke Everaert Bakıdakı diplomatik fəaliyyəti başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Belçika Krallığının Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

"Bu gün biz, son dörd il ərzində səfirliyimizin əsas dayaqlarından biri olmuş missiya rəhbərinin müavini və konsul Tinneke Everaert ilə vidalaşırıq. Onun öz sözləri ilə desək: "Azərbaycanda işlədiyim dövr mənə, həm bir insan, həm də diplomat kimi, böyük təəssürat bağışladı. Zəngin tarixi, qonaqpərvər və mehriban insanları olan bu regionu tanımaq mənə həm zövq, həm də imtiyaz hissi vermişdir. Bir şey dəqiqdir: haraya getsəm də, Bakını heç vaxt unutmayacağam!" Göstərdiyin xidmət, dürüstlük və əzmkarlığına görə sənə təşəkkür edirik, Tinneke! Diplomatik karyeranın növbəti mərhələsində sənə uğurlar arzulayırıq",- paylaşımda deyilir.