BAKI, 24 iyul. TELEQRAF
"Bu gün keçirilən görüş olduqca məhsuldar keçdi. Somali Prezidentinin Azərbaycana səfəri əməkdaşlığımızın bariz nümunəsidir".
Teleqraf xəbər verir ki, bu fikirləri Somali xarici işlər və əməkdaşlıq naziri Abdisalam Abdi Ali iyulun 24-də Bakıda xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfrasında bildirib.
“Azərbaycanın neft ölkəsi olaraq bu sahədə bizə göstərdiyi dəstəyə görə minnətdarıq”,- o qeyd edib.