BAKI, 12 iyul. TELEQRAF

İyulun 12-nə keçən gecə Çernivtsidə rusların hücumu zamanı 4 nəfər dağıntılar altında qalaraq həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Çernivtsi Vilayət Dövlət Administrasiyasının rəhbəri Ruslan Zaparanyuk məlumat verib.

"Sübh çağı ruslar 4 "Şahed" PUA və 1 raketlə bölgəmizə hücum etdi. Təəssüf ki, Çernivtsidə iki nəfər düşmən obyektlərinin dağıntıları nəticəsində həlak oldu - 26 yaşlı qız və 43 yaşlı kişi. Onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm...", - o, qeyd edib.

Onun sözlərinə görə, daha 4 nəfər ağır yaralanıb və həkimlər onların həyatı üçün mübarizə aparır.