XANKƏNDİ, 4 iyul. TELEQRAF
"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev vətəndaşlarımızın təxliyəsinə görə Azərbaycana təşəkkürünü bildirir".
Teleqraf-ın Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qazaxıstan Baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.
Baş nazir Qazaxıstanın 2030-cu il üçün Aktau şəhərini ECO-nun turizm paytaxtı elan etməyi təklif edib. O, Qazaxıstanın təşkilata üzv ölkələr arasında əməkdaşlığı dəstəklədiyini və zirvə görüşünün ölkələr arasında etimad və qarşılıqlı anlaşmanın bariz nümunəsi olduğunu bildirib.