
BAKI, 23 iyun. TELEQRAF
Almaniya vətəndaşları İrandan Azərbaycana təxliyə olunub.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın Bakıdakı Səfirliyi “X” hesabında paylaşım edib.
“Almaniya səfirliyinin əməkdaşları İrandan Azərbaycana təxliyə edilən Almaniya və digər Avropa İttifaqı vətəndaşlarına dəstək vermək üçün bu gün yenidən Astara sərhəd-keçid məntəqəsində olublar. Azərbaycan hakimiyyətinin Bakıda və sərhəddə göstərdiyi bütün dəstəyə görə minnətdarıq”, - paylaşımda deyilir.