BAKI, 20 iyun. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ümumdünya Qaçqınlar Günü münasibətilə paylaşım edib.
Teleqraf xəbər verir ki, nazirliyin "X" sosial media hesabında etdiyi paylaşımda dünyadakı bütün qaçqın və məcburi köçkünlərlə həmrəylik ifadə olunub.
"Azərbaycan kütləvi köçkünlük yaşayan ölkə kimi qaçqınların hüquqlarının, təhlükəsizliyinin və ləyaqətinin qorunmasına yönəlmiş beynəlxalq səylərə sadiqdir", - paylaşımda deyilir.
On the occasion of World Refugee Day, we express solidarity with all forcibly displaced persons across the globe. #Azerbaijan, as a country that has experienced mass displacement of Azerbaijanis, remains committed to international efforts aimed at protecting the rights, safety,… pic.twitter.com/XyigAllXqT
— MFA Azerbaijan (@AzerbaijanMFA) June 20, 2025