BAKI, 24 may. TELEQRAF

Almaniyanın ən işlək nəqliyyat mərkəzlərindən olan Hamburq Mərkəzi Stansiyasında adamlara bıçaqla hücum olub, nəticədə 18 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, polisin keçirdiyi əməliyyatda 39 yaşlı alman qadın hadisə yerində həbs edilib.

Saxlanılan qadın bu gün məhkəmə qarşısına çıxarılacaq. Onun psixi problemləri olduğu ehtimal edilir.