BAKI, 20 may. TELEQRAF

Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycan lideri İlham Əliyevə təbrik məktubu göndərib.

Teleqraf xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.

Çex Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı münasibətlərin səviyyəsini, eləcə də əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi sahəsində ortaq maraqlarımızı yüksək qiymətləndirir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram".